Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kikboksinq Federasiyasının, Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 1-də kişilər arasında peşəkar kikboksinq turniri keçiriləcək.
Azərbaycan Kikboksinq Federasiyasından AZƏRTAC-a bildiriblər ki, Ağdam Olimpiya Kompleksində təşkil ediləcək turnir ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunacaq.
Yarışla bağlı məlumat verən Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev belə tədbirlərin keçirilməsinin cəmiyyətdə milli vətənpərvərlik hisslərinin gücləndirilməsinə və bölgələrdə gənclər arasında idmanın kütləviliyinin artırılmasına xidmət etdiyini bildirib. Regionlarda idmanın digər növləri ilə yanaşı, kikboksinqin də sürətlə inkişaf etdiyini vurğulayan federasiya prezidenti bölgələrdə təşkil olunan yarışların idmanın gənclər arasında təbliği baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Bildirilib ki, Federasiyanın təqvim planına əsasən, 2015-2016-cı illərdə beynəlxalq yarışlarda mübarizə aparacaq peşəkarlardan ibarət yığma komandanın tərkibi də müəyyən ediləcək.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL