Ağdamın icra başçısı Bakıdakı ağdamlıları görüşə çağırıb
Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov Suraxanı rayonunda görüş keçirəcək.
İcra başçısı Raqub Məmmədov Bakı şəhərində
məskunlaşan Agdam rayonundan olan məcburi köçkünləri qəbul edəcək.
Avqust ayının 7-də saat 11:00-da Suraxanı rayon İcra Hakimiyyətinin
akt zalında baş tutacaq görüşdə məcburi köçkünlərin qarşılaşdığı
problemlər və çətinliklərin birgə həlli yollarına aydınlıq gətiriləcək.
Tədbirdə Bakıda məskunlaşan Ağdam ziyalıları və rayonun digər məsul
şəxsləri iştirak edəcək. Daha sonra belə bir görüşün Xəzər rayonunda da
keçirlməsi nəzərdə tutulub. Görüşə KİV təmsilçiləri də dəvətlidirlər.
Modern.az