Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) “Məzun Günü” keçirilib. Tədbirdə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı, Təhsil Nazirinin müavini Ceyhun Bayramov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, “Bank Standard”ın Müşahidə Şurasının sədri Kamal İbrahimov, universitetin professor- müəllim heyəti, tələbələr və valideynlər iştirak ediblər.
ADİU-nun rektoru, professor Ədalət Muradov məzunları təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra ADİU-nun fəxri məzunları – Rüfət Aslanlı, Ceyhun Bayramov və Vüqar Gülməmmədov tələbəlik xatirələrini məzunlarla bölüşüblər. ADİU-nun əldə etdiyi nailiyyətlərdən danışıblar. Ölkənin yüksək bilik və bacarıqlı gənclərə daim ehtiyacı olduğunu vurğulayan qonaqlar məzunlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Mərasimdə universitetin ən yüksək bal toplayan məzunu Zeynəb Dadaşovaya hədiyyə təqdim olunub. Universitet himninin sədaları altında bütün məzunlara rəmzi diplomlar təqdim edilib. “Məzun” video çarxının nümayişindən sonra universiteti bitirən tələbələr “Xatirə kitabı”na ürək sözlərini yazıb, onlar üçün ayrılmış xüsusi lövhəyə əl izlərini vurublar. Sonra məzunların ənənəvi “papaq atma” mərasimi keçirilib.
2014-2015-ci tədris ilində ADİU-nu 3190 bakalavr və 621 magistr bitirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL