Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov ADİU-nun İnnovativ Biznes İnkubatorunun startapçıları ilə görüşüb.
Tədbirdə Biznes İnkubatorunun startaplarının icra vəziyyəti barədə məlumat verilib. Onların biznes aspekti baxımından səmərəliliyi təhlil edilib. Layihələrin mənfəət göstəricilərinin artırılması yolları müzakirə edilib. Qarşıya çıxan manələrin aradan qaldırılması üçün görüş iştirakçıları təkliflərlə çıxış edib, öz tövsiyyələrini veriblər.
Sonra ADİU və digər universitet tələbələri yeni layihələrinin təqdimatını keçirib. Təqdim olunan layihələr əsasən maliyyə təlimləri və xidmət sektorunu əhatə edib. Startapçı olmaq istəyən gənclər layihələrinin əhəmiyyətindən danışıblar.
Universitet rektoru, professor Ə.Muradov ADİU tərəfindən bundan sonra da startapçıları dəstəklənəcəyini bildirərək, yeni layihələrin daha da təkmilləşdirilməsi istiqamətində tövsiyələrini verib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL