AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı

AFFA hakimi təhqir edən futbolçunu cəzalandırdı

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Qol.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, İK I divizionun 6-cı turunda baş verən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edib.

Ən ağır cəza "Göyəzən”in futbolçusu Asim Babazadəyə verilib. 

O, I divizionun VI turunda "Şərurspor”la matçın 25-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb. Klub isə  320 manat cərimə olunub.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az