Ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilən 1 ci qrup Qarabağ qazisi Fəxrəddin Rəhimov bu gün əməliyyat olunub.
Vətəninfo.az Qaziler.az saytına istinadən xəbər verir ki, bu barədə F.Rəhimoğun ailəsindən məlumat verilib. Həkimlərin və ailə üzvlərinin bildirdiyinə görə, F.Rəhimovun dərisinin çürüməsi nəticəsində deşilib çıxan yan çanaq sümüyü kəsilərək götürülüb. Əməliyyat uğurla həyata keçirilib.
Hazırda xəstənin vəziyyəti ağır-stabil olaraq alır.
Xatırladaq ki, bir neçə gün əvvəl F.Rəhimov ağır vəziyyətdə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun yaşaması üçün ümid az olsa da, həkimləri səyi sayəsində kirtik vəziyyətdən çıxarılıb.
Hadisədən xəbər tutan Millət Vəkili Qənirə Paşayeva dünən səhər xəstəxanaya gələrək xəstəyə baş çəkib, Qazilər birliyinin rəhbərləri və həkimlərlə görüşüb. Həkimlərin müzakirəsindən sonra Respublika Travmatologiya Xəstəxanasından Professor Çingiz Əlizadə dəvət edilib. O, bildirib ki, vəziyyət ümidsiz deyil, amma xəstəni bu vəziyyətdə tərpətmək olmaz. Elə Respublika Klinik Xəstəxanasında müalicə edilib, əməliyyat olunmalıdır.
Qeyd edək ki, F.Rəhimov 1992-ci ilin yayında - 18 yaşında - Ağdamın Abdal-Gülabıl kəndi istiqamətində gedən döyüşlərdə aldığı çoxsaylı qəlpə yarası ilə ömürlük yataq xəstəsinə çevrilib.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri