Amnesty İnternational təşkilatı İsrailin yaşayış binalarını bilərəkdən və birbaşa hədəf alaraq dağıtmaqla müharibə cinayəti törətdiyini bildirib.
Vətəninfo.az xəbər verir ki, hesabatda Amnesty İnternational İsrail silahlı qüvvələrinin beynəlxalq qanunları pozaraq, Həmasla 50 gün davam edən müharibə zamanı mülki əhali və onların əmlakına minimum zərər verilməsi üçün lazımi tədbirlər görmədiyini bildirilir. Hesabatda Qəzzada bombardman zamanı çox sayda insanın yaralandığı, yüzlərlə insanın evini, işini və əmlakını itirdiyi qeyd edilir.
Amnesty İnternational Tel-Əvivin hesabatdakı açıqlamalarla bağlı şərh vermək üçün təşkilatın müraciətinə cavab vermədiyini bildirib. İsrail bundan öncə Həmasın hərbi əməliyyatlar keçirmək və silah saxlanması üçün mülki obyektlərdən istifadə etdiyini bildirib.
Qeyd edək ki, bu beynəlxalq təşkilatın İsraili ifrat gücdən istifadə etməkdə ittiham etdiyi ilk hal deyil. Amnesty İnternational təşkilatının noyabr ayında açıqladığı hesabatda İsrailin yaşayış binalarına indiyə qədər görünməmiş hücumularının çox sayda insanın həyatına son qoyduğu və böyük dağıntılara səbəb olduğunu bildirilmişdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR