Noyabrın 3-də Qusar rayonunun Hil-oba kənd sakini, 1978-ci il təvəllüdlü Aslanova Zərnişan Dəmir qızının Quba Rayon Perinatal Mərkəzində doğuşdan sonra vəfat etməsi ilə əlaqədar Quba rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Vətəninfo.az-a verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, Z.Aslanova oktyabrın 23-də “39 həftəlik hamiləlik, baş gəlişi yalançı doğuş sancısı” diaqnozu ilə Perinatal Mərkəzə daxil olub və noyabrın 2-də saat 23:20-də oğlan uşağı dünyaya gətirib. Həmin gün saat 23:35-də baş vermiş qanaxma ilə əlaqədar əməliyyat edilib, lakin göstərilən tibbi yardımlara baxmayaraq ertəsi gün saat 15:50-də vəfat edib.
Faktla bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR