"Lyubov Kazarnovskaya və German Sterliqovun adları Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunan "arzuolunmaz şəxslər" siyahısına daxil edilib. Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, bunu bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
"Ziddiyyətli bioqrafiyası olan German Sterliqov Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə getməzdən əvvəl işğal olunmuş ərazilərin Ermənistanın bank sistemi ilə əlaqəli şəkildə çirkli pulların yuyulması və digər kriminal fəaliyyətlərin həyata keçirilməsi üçün münbit məkan olduğunu yəqin ki, bilməmiş deyildi. Etnik və dini əsasda təfriqəçi baxışları ilə fərqlənən Sterliqovun işğal altında olan tarixi Azərbaycan şəhəri Şuşada "insani dəyərlər”dən danışması heç bir mənəvi, etik və hüquqi çərçivəyə sığmır. "İnsani dəyərlər”dən danışan şəxs bu ərazilərdən azərbaycanlıların faşizm ideologiyasına xas qanlı etnik təmizləmə nəticəsində Ermənistan tərəfindən didərgin salındığını heç olmasa anlamalıdır”,- deyə H.Hacıyev qeyd edib.
G. Sterliqovun işğal olunmuş ərazilərdə mətbuat konfransı keçirmək barədə açıqlamasını XİN sözçüsü bu şəxsin və əlbir olduğu qondarma kriminal rejimin uğursuz "özünüreklam” cəhdi kimi qiymətləndirib: "KİV nümayəndələrinə bu təxribata uymamaq və işğal olunmuş ərazilərə qanunsuz səfərdən yayınmaq barədə xəbərdar edirik. KİV nümayəndələrinin qanunsuz şəkildə Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərinə səfərləri Azərbaycan Respublikasının "Dövlət sərhədi haqqında" qanununun və xarici KİV nümayəndələri üçün nəzərdə tutulmuş akkreditasiya qaydalarının kobud şəkildə pozulmasıdır. Qanunsuz səfər həyata keçirildiyi təqdirdə, bu kimi KİV nümayəndələri "arzuolunmaz şəxslər” siyahısına daxil ediləcəklər”.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ