“Çaşma, mənə heç kəs əmr edə bilməz"
Ötən gün əməkdar artist Elza Seyidcahanın qızı Gülşənin toyunda müğənni Nadir Qafarzadə ilə, aparıcı-aktyor Sərxan Kərəmoğlu arasında qalmaqal yaşanıb.
Məclisin aparıcısı səhnəyə N.Qafarzadəni dəvət edib. Səhnəyə qalxan ifaçı bəylə gəlini təbrik edərkən, S.Kərəmoğlu onun sözünü yarımçıq kəsərək, "Nadir, oxu”- deyib.
Aktyorun bu sözləri isə N.Qafarzadənin xoşuna gəlməyib. O, S.Kərəmoğluna "Çaşma, mənə heç kəs əmr edə bilməz” deyərək, cavab verib.
İfasını bitirdikdən sonra müğənni məkanı tərk edib.