Həyat yoldaşı tərəfindən küçəyə atılan 27 yaşlı qadın "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacaq evinə yerləşdirilib.
Vətəninfo.az xəbər verir ki, bu barədə virtualaz.org saytına təşkilatın rəhbəri Mehriban Zeynalova məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, ananın sənədləri yoxdur. Buna görə də yenicə ana olmuş qadın uşağa sənəd ala bilmirlər: "Ata kasıb olduğunu söyləyərək xəstəxanada oğlundan imtina edib. Deyir ki, uşağı dolandırmağa imkanım yoxdur. Ana isə uşağından imtina etmək istəmir.
Hələlik anaya psixoloji yardım edəcəyik. Bundan sonra ailədə baş verənləri öyrənməyə çalışacağıq. İstəyirik ki, ailənin maddi durumunu yaxşılaşdırmaq üçün kampaniyaya başlayaq, ata övladını atmasın. Ailənin qalmağa evi də yoxdur”.
27 yaşlı qadın hər iki valideynini itirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL