Bunu BMT-nin qaçqınların işi üzrə komissarı Antoniu Quterreş bildirib.
O, problemin həlli üçün səyləri birləşdirməyə çağırıb.
"Bu, miqrantlarla bağlı deyil, qaçqın böhranıdır.Yunanıstana sığınanların çoxu Suriya, İraq və ya Əfqanıstan kimi münaqişə zonalarından gələnlərdir. Onlar həyatlarını qurtarmaq üçün oralardan qaçıblar. Avropa qaçqınlarla bağlı problemi həll edə bilmədi və cəhdləri uğursuzluğa uğradı. Böhran insanların əzab-əziyyəti ilə nəticələnib. 2 600-dən çox insan Avropaya sığınmaq üçün gələrkən Aralıq dənizində ölüb", - komissar vurğulayıb.
Antoniu Quterreş beynəlxalq hüquqa uyğun olaraq, qaçqınlara münasibətdə bütün dövlətləri öhdəliklərini yerinə yetirməyə çağırıb: "Statusundan asılı olmayaraq, onların hüququ qorunmalı, ləyaqətlərinə hörmət edilməlidir".
"Report"
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL