Bu gün Avropa Şurasının ölkəmizdə səfərdə olan nümayəndələri Leila Marçaniya və Şahin Abbasov Azərbaycan Mətbuat Şurasında olublar. Qonaqları salamlayan MŞ sədri Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Şuranın ölkəmizdə söz və ifadə azadlığı ilə bağlı prosesləri diqqət mərkəzində saxladığını deyən Ə.Amaşov rəhbəri olduğu qurumun mövcud istiqamətdə Avropa Şurasının Bakı ofisi ilə də sıx əməkdaşlıq etdiyini vurğulayıb.
Qeyd edək ki, AŞ nümayəndələrinin Azərbaycana səfəri qurumun "Proqramlar üzrə Əməkdaşlıq Çərçivəsi"nin "İfadə və mətbuat azadlığı" layihəsi əsasında reallaşdırılmaqdadır. Layihə barədə məlumat verən L.Marçaniya mövcud xüsusda Azərbaycan Mətbuat Şurası ilə də əlaqələrin zəruriliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL