Avstriya prezidenti Haynts Fişerin rəhbərliyi ilə nümayəndə heyəti İrana rəsmi səfərə gəlib.
Strateq.az İRNA-ya istinadən bildirir ki, Avstriya prezidenti Həsən Ruhaninin dəvəti ilə Tehrana gəlir və İranın yüksək səviyyəli rəsmiləri ilə görüşərək danışıqlar aparacaq.
Fişer bildirib ki, Tehrana səfərinin iki ölkə xalqını bir-birinə daha da yaxınlaşdıracağına ümid edir.
Avropa ölkəsindənolan prezidentin sonuncu səfəri Tehrana 10 il əvvəl baş tutub. Hazırda İran və 5+1 qrupunun nüvə anlaşması ilə İran və Avropanın münasibətləri və əlaqələrində yeni səhifə açılıb.
Avstriya İranın xarici siyasətində mühüm yer tutur.
Ötən on ildə İranın nüvə proqramı ilə əlaqədar ən uzun və ən önəmli müzakirələr məhz Avstriyanın Vyana şəhərində keçirilib və sonda müzakirələrin sonu və nüvə anlaşması bu şəhərdə elan olunub.
Avstriyanın yüksək səviyyəli rəsmiləri, o cümlədən prezident Haynts Fişer, xarici işlər naziri Sebastian Kortez həmişə nüvə müzakirələri və Müştərək Təşəbbüs Proqramı anlaşmasını dəstəkləyib.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL