Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, sözügedən prospektin əsas yolundan yan yoluna, Atatürk prospektinə doğru keçmək istəyərkən sürücü nəqliyyat vasitəsinə idarəetməni itirərək avtomobilini öncə yol ayrıcında olan səki daşlarına, daha sonra isə yerüstü piyada keçidinin qarşısında yerləşən avtobus dayanacağına və işıq dirəyinə çırpıb.
Zərbə nəticəsində avtomobil yanmağa başlayıb. Yanğın qısa müddət ərzində piyada keçidinə də keçib. Əraziyə çağırılan Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin əməkdaşları hadisəyə tez bir zamanda müdaxilə edərək, alovun qarşısını ala biliblərş.
Bədbəxt
hadisə zamanı yerüstü piyada keçidinin bir hissəsinin üzlüyü, dam
örtüyü və metal konstruksiyaları, həmçinin girişdə olan eskalatorların
bir hissəsi yanaraq sıradan çıxıb.
Bundan başqa qəza zamanı piyada keçidinin pilləkanlarının mərmər üzlükləri və səki daşları qırılaraq, yararsız hala düşüb.
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri