Yeni Zelandiyanın bəzi küçələrində artıq avtomobillər təkrar pivə tullantılarından hazırlanan yeni bioyanacaqla hərəkət edir.
Pivə istehsal edən şirkətin verdiyi məlumata görə, fermentasiya zamanı duru məhlul olan tullantılar yaranır. Məhz onun sayəsində şirkət bioyanacağın əsas tərkib hissəsini - etanol maddəsini istehsal edir.
Alimlərin səyi nəticəsində etanol distillə olunaraq neftlə reaksiyaya girə bilənədək saflaşdırılır və nəticədə Bretrolum bioyanacağı alınır.
Pivədən etanolun alınması ilk hadisə deyil. Belə ki, 1996-cı ildə Molson Kors pivə əsaslı bioyanacaq nümayiş etdirib. Onun təklif etdiyi bioyanacaqla müqayisədə şirkət tərəfindən hazırlanan Bretrolum daha keyfiyyətlidir və geniş avtomobil sahəsinə tətbiq edilə bilər. Bir çox avtomobillər mühərrikdə çətinliklər yaratdığına görə tərkibi yüksək faizli etanoldan ibarət benzinlə hərəkət edə bilmir. Şirkət bu yolla nəinki pivə istehsalındakı tullantılardan azad olmaq, eləcə də avtomobillər üçün təmiz yanacaq istehsal etməklə ekologiyanı zəhərli qazlarla çirklənməkdən qorumaq niyyətindədir.
AZƏRTAC
İlqar Məmmədov: - Azərbaycanda məcburi hərbi xidmət modeli yenidən nəzərdən keçirilməlidir
Vüqar Məmmədov həbsdə qaldı: vəsatət təmin olunmadı
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri