Azərbaycan “VAZ”a qadağa qoydu
“Azərbaycanda oktyabrın 1-dən VAZ 2114 və VАZ 2115 avtomobillərinin idxalı qadağan olunacaq. Çünki onlar ABS antibloklama sistemi və təhlükəsizlik yastıqlarına malik deyillər”. “Vətəninfo.az” Trend-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev məlumat verib. "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, bu ilin may ayının 1-dən etibarən Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək. "Bu proses mərhələli şəkildə gedəcək. Azərbaycan VAZ 2107 avtomobillərinin idxalını may ayından, VAZ 2114 və VАZ 2115 avtomobillərinin idxalını isə oktyabrın 1-dən dayandıracaq. Bu markadan olan avtomobillərin şəkli dəyişdirilsə və bizim standartlara uyğun gələrsə, idxal mümkün olacaq", - Əliyev deyib. Onun sözlərinə görə, Rusiya tərəfi artıq yeni qaydalar haqqında məlumatlandırılıb. Bundan əvvəl Azərbaycanda Avro-2 tullantı standartlarına uyğun gəlməyən avtomobillərin idxalına qadağa qoyulmuşdu.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR