Bakı şəhər Baş Polis İdarəsi tərəfindən axtarışa verilən tanınmış meyxanaçı Vahid Qədimin sorağı Rusiyadan gəldi.
Publika.az-ın əldə etdiyi məlumata görə, dələduzluqda təqsirləndirilən meyxanaçı iki ildən artıqdır ki, Rusiyada yaşayır. Məlumatı meyxanaçının sənət dostları da təsdiqləyib.
Tanınmış meyxanaçı Ağamirzə Məmmədov Vahid Qədimin iki ildən artıqdır ki, Rusiyada yaşayıb, sənətlə məşğul olduğunu bildirib: “Vahid iki ildən çoxdur ki, Bakıda yaşamır. Ailəsi ilə birgə Rusiyaya köçüb, ordan sorağını da alırıq. Eşitdiyimizə görə, Vahid orda da meyxanaları ilə məşhurdur, sevilir. Amma burdan niyə köçüb getdiyinin səbəbini bilmirəm”.
Qeyd edək ki, Azərbaycanın tanınmış meyxanaçısı axtarışa verilib. Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin saytında məlumat yerləşdirilib. Məlumatda qeyd olunur ki, 1973-cü il təvəllüdlü Səfərov Vahid Ağabala oğlu Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
Meyxana aləmində Vahid Qədim kimi tanınan V. Səfərov bu ilin yanvarından axtarışa verilib.
Qeyd edək ki, Vahid Qədim bir müddət öncə də polislə qarşı-qarşıya gəlib. O, "Bacım oğlu" adlı meyxanasına çəkdirdiyi klipində polisin tətbiqindən yayınmağa çalışıb.
Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL