"Bu ilin ilk Ay tutulması aprelin 4-də müşahidə olunacaq və təbiət hadisəsi 3 saat 29 dəqiqə davam edəcək". Vətəninfo.az xəbər verir ki, bu barədə Report.az-a Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev bildirib.
Onun sözlərinə görə, bu tutulma hadisəsi 2014/2015-ci illərin tetrad deyilən tsiklinin 3-cü tutulmasıdır.
"Əsas tutulma təqribən 5 dəqiqə, daha dəqiq desək, 4 dəqiqə 43 saniyə davam edəcək. Proses Bakı vaxtı ilə 14.03-də başlayacaq. Maksimum tutulma isə 17.00-da gözlənilir. Ümumilikdə tutulma hadisəsi 19.58-də sona çatacaq. Burada söhbət kölgədə olan yarım tutulmadan gedir".
Cari ilin ilk Ay tutulmasının Azərbaycanda müşahidə etməyin mümkünsüz olacağını deyən Elçin Babayev əlavə edib ki, təbiət hadisəsini insanlar əsasən Şimali və Cənubi Amerikada, eləcə də Asiya ölkələri və qismən də Avstraliya ərazisində müşahidə edə biləcəklər.
Cari il üçün növbəti ikinci Günəş və Ay tutulmalarının tarixlərini xatırladan direktor müavini əlavə edib ki, ikinci Günəş tutulması sentyabrın 13-də, ikinci Ay tutulması isə sentyabrın 28-də olacaq.
"Sentyabrda baş verəcək növbəti Günəş və Ay tutulmalarının heç biri Azərbaycanda müşahidə olunmayacaq. Ümumilikdə götürdükdə isə Azərbaycanda tam tutulma 2060-cı ilin aprelin 30-da gözlənilir. O dövrə qədər baş verən tutulmalar isə qismən tutulmalar olacaq", o qeyd edib.
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?