Vətəninfo.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Arif Əmrahoğlu vəfat edib. Bu barədə APA-ya Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza məlumat verib. O qeyd edib ki, A. Əmrahoğlu bu gün səhər müalicə aldığı Milli Onkologiya Mərkəzində vəfat edib. A. Əmrahoğlunun ölümünə mədə xərçəngi səbəb olub.
Qeyd edək ki, Arif Əmrahoğlu 2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin katibidir. O, “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü” və s. kitabların müəllifidir. Ədəbiyyatşünas alim A. P. Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F. Axundovun “Seçilmiş əsərləri”nin tərtibçisidir. A. Əmrahoğlu uzun illər Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR