Xalq artisti Aygün Kazımova İstanbulda olarkən səhhətində problemlər yaranıb.
Axşam.az-ın məlumatına görə, müğənni bunu “Onlar”a açıqlamasında etiraf edib:
“Hələ siz məni başqa cür görəcəksiniz. Təkcə saçımı gördünüz. Bu saç düzümünə “həyasız” deyirəm. İstanbulda yenidən dəyişiklik ediləcək. Bu pəhrizlərdən çox xəstələndim, zəifləmişdim. O həddə çatdım ki, mənə qan vurdular. Yemək verirdilər, istəmirdim. Az qala, anoreksiya olacaqdım. Birdən-birə arıqlamağa, halsızlaşmağa başladım. Sistem vasitəsilə məni yedizdirirdilər. Həkimə deyirəm ki, birdən mən kökəlsəm?.. Cavab verirdi ki, səndə piy yoxdur, sümüksən. O sözü eşidəndən sonra xoşbəxt oldum. Özümə gəldim, güc topladım. Bir onu söyləyim ki, mən səhnədə öləcəm. Narkozla, əməliyyat otağında ölmərəm. Sənətlə mənim kimi nəfəs alan ikinci bir insanı tanısam, onu öldürərəm. Üç qurban kəsdim: birini İstanbulda, ikisini vətənimdə”.
Yeniliklərindən danışan A.Kazımova albom çıxaracaq:
“Arama məni” mahnısı bitməyib. O bəstə ikinci plana keçdi. Çıxış mahnım “Səni belə sevmədilər” olacaq. Çox qəşəng bəstədir. Məni sevənlərim kimi sevən olmadı. Əslində yanvarın ilk həftəsində albomum çıxacaqdı, xəstəliyim imkan vermədi. Bir az da özümə gəlib klip çəkdirəcəm”.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR