"Prezident İlham Əliyevin AZAL-ın aviabiletlərə təyin etdiyi qiymətlərin yüksək olması ilə bağlı çıxışından sonra Azərbaycanda hamı AZAL-dan konkret addımlar atmağı gözləyir”.
Vətəninfo.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib.
N.Bağırovun sözlərinə görə, ölkə başçısı İlham Əliyevin dünənki sərt tənqidi çıxışından sonra artıq yaxın günlərdə aviabiletlərin ucuzlaşmasını gözləmək mümkündür: "AZAL-da həqiqətən də xidmət səviyyəsi çox yüksəkdir, amma biletlər çox baha satılır. Regionlardakı aeroportları - Gəncə, Qəbələ və digər yerlərdəki aeroportları da dövriyyəyə cəlb etmək lazımdır ki, müştərilərin seçim imkanları olsun. Daxili bazara xarici aviaşirkətləri də cəlb etmək lazımdır” - deyə N.Bağırov bildirib.
AzTA sədri AZAL rəhbərliyinin hazırda aviauçuşların qiymətlərinin nizama salınması ilə məşğul olduğuna ümid etdiyini də bildirib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL