​Azərbaycan Dağıstanda nəhəng sement zavodu tikəcək

​Azərbaycan Dağıstanda nəhəng sement zavodu tikəcək

Dağıstanın Mahaçqala və Kaspiysk şəhərləri arasında Azərbaycandan olan investorlarla birgə iri sement zavodu və ticarət-logistika mərkəzi inşa olunacaq.

Miq.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov öz "İnstagram” səhifəsində yazıb.

"Respublikada Azərbaycan investorlarının iştirakı ilə reallaşdırılacaq iri layihələrdən biri Mahaçqala və Kaspiysk arasında sahəsi 30 hektar olan ticarət-logistika mərkəzi, həmçinin istehsal gücü ildə 1,8 milyon ton olan sement zavodu – "Dağıstan Sement Kombinatı” MMC-nin tikintisidir”, - deyə Abdulatipov qeyd edib.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az