Vətəninfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, mayın əvvəllərində Tiflisdə Azərbaycan, Türkiyə və Gürcüstan prezidentlərinin iştirakı ilə təhlükəsizlik sammiti olacaq. Bu barədə Gürcüstan prezidenti Georgi Marqvelaşvili bildirib.
G.Marqvelaşvili Gürcüstanın “Maestro” telekanalına müsahibəsində baş nazir İrakli Qaribaşvili ilə münasibətlərinin necə olduğundan danışıb.
“Mənim İrakli ilə işgüzar münasibətlərim var. Həmçinin nazirlərlə də işgüzar münasibətlərim mövcuddur. Biz hazırda çox mühüm məsələlər üzərində işləyirik. Birincisi, ölkəmiz və region üçün çox mühüm olanı mayın əvvəllərində Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə keçiriləcək sammitdir. Bu sammitdə məhz təhlükəsizlik məsələləri müzakirə olunacaq. Həmçinin bizim Avropaya inteqrasiya yolunda apardığımız siyasət mühümdür. Bizim Gürcüstanda gedən proseslərə olduqca işgüzar yanaşmamız var” - deyə prezident bildirib.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR