Azərbaycanda ən çox yoluxma hansı şəhər və rayonlarda qeydə alınır?

Azərbaycanda ən çox yoluxma hansı şəhər və rayonlarda qeydə alınır?

Azərbaycanda COVID-19-a yoluxma hallarının bölgələr üzrə statistikası açıqlanıb.

 "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) istinadən verilən məlumata görə, yoluxmanın 53,4% Bakının payına düşür.

Sonrakı yerlərdə 15,8%-lə Abşeron, 9,4%-lə Gəncə-Qazax, 7,8%-lə Aran, 6,1%-lə Lənkəran, 1,7%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,4%-lə Dağlıq Şirvan, 0,03%-lə isə Naxçıvan Muxtar Respublikası qərarlaşıb.

Ölkə xaricindən gələn şəxslərin isə 1,6 faizi virusa yoluxub.

Bakının rayonlarına gəlincə, ən yüksək göstərici Binəqədidə (12,9%) qeydə alınıb. Sonrakı yerdə 12,6%-lə Yasamal, 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,7%-lə Nəsimi, 9%-lə Suraxanı, 8,6%-lə Nərimanov, 8,1%-lə Nizami, 5,5%-lə Qaradağ, 4,5%-lə Səbail, 4,1%-lə Xəzərdə, 0,3%-lə Pirallahı gəlir.

Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 16 424 nəfər virusa yoluxub. Onlardan 9 026 nəfəri sağalıb, 198-i isə dünyasını dəyişib.

Aktiv koronavirus xəstələrinin sayı 7 200 nəfər təşkil edir. Ümumilikdə isə 468 967 müayinə aparılıb.

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az