Şəkidə cəza çəkən 50 yaşlı məhkumun meyiti ayaqyolunda tapılıb
Azərbaycanda məhkum ölüb. Ölüm faktı Şəki şəhərindəki cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Vətəninfo.az xəbər verir ki, dünyasını dəyişən Göyçay rayon sakini, 1965-ci il təvəllüdlü Fəqani İsmayılov olub.
Cəzaçəkmə müəssisəsindən verilən məlumata əsasən, ikinci qrup əlil olan məhkum uzun müddət xəstəlikdən əziyyət çəkib.
Ölüm səbəbləri dəqiq bilinməsə də, məhkumun dünən qəfildən halının pisləşdiyi və ürək tutmasından dünyasını dəyişdiyi deyilir.
Onun meyiti cəzaçəkmə müəssisəsinin ayaqyolunda tapılıb. Ölüm səbəblərini müəyyən etmək üçün tibbi ekspertiza təyin edilib.
Qeyd edək ki, Fəqan İsmayılov 2008-ci ildə Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234-cü (narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddələri ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR