Şərq xalqlarının həyatında təbiət hadisələrinin
özünəməxsus rolu olub ki, bunun nəticəsində də bir sıra ayin və
mərasimlər yaranıb. Eləcə də Azərbaycanda təbiət hadisələri xalqın
inanclarında özünəməxsus yer tutur.
Xalq arasında uzun illərin
müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, bu gün -
sentyabrın 21-də payız fəsli başlayıb.Nəzərə alsaq ki, baharın gəlişini
21 martdan hesablayırıq, onda yayın iyunun 21-dən, payızın sentyabrın
21-dən, qış fəslinin isə dekabrın 21-dən başladığını əminliklə söyləmək
olar.
Beləliklə sentyabrın 21-dən Azərbaycanda payız fəsli
başlayıb. Ötən gecə həm də payız gecə-gündüz bərabərliyi baş verib. Yəni
gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birnə 12 saat olmaqla –
bölüblər.
Artıq sentyabrın 22-dən başlayaraq gecə uzanacaq, gündüz qısalacaq.
Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün
qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş
ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir.
İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında
böyük dəyişikliklər baş verir.
Qeyd edək ki, ildə bir dəfə payız
gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş
verir. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.
Dədə-babalarımız da tarixən payızın başlanğıcını elə bu gündən hesablayıblar...
Modern.az