Bu gün Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.
Vətəninfo.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, iclasda Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) ümumrespublika radio yayımı üçün, "CBC Sport” MMC-nin ümumrespublika idman televiziya kanalının yayımı üçün xüsusi razılıq (lisenziya) verilməsi barədə müraciətlərinə baxılıb.
Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası tərəfindən
"Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının 2002-ci
il 25 iyun tarixli 345-IIQ saylı Qanununun 7, 15.1-ci maddələrinin
tələblərinə uyğun olaraq dövlət yayımçısı kimi Azərbaycan
Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial
İnnovasiyalar üzrə Dövlət Agentliyinə 100 MHs tezliyində ümumrespublika
radio yayımı üçün, "CBC Sport” MMC-yə 37 MHs tezliyində ümumrespublika
idman televiziya kanalının yayımı üçün müsabiqədənkənar 6 il müddətinə
xüsusi razılıq (lisenziya) verilməsi barədə qərar qəbul edilib. Eyni
zamanda iclasda yayım tezliklərindən səmərəli istifadə edilməsi ilə
bağlı məsələ müzakirə edilmiş, dövlət yayımçılarının və özəl
yayımçılarının müvafiq olaraq 37, 48 MHs yayım tezliklərində
yerləşdirilməsi barədə qərar qəbul edilib.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL