Qazaxıstanın Atırau şəhər məhkəməsi qanunsuz balıq tədarükü ilə məşğul olan gizli sexin sahibi barədə qərar çıxarıb.
Vətəninfo.az-ın məlumatına görə, "Report” "Kazinform”a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı olan sex müdiri məhkəmənin qərarı ilə 40 min təngə məbləğində cərimə edilib.
Onun müəssisəsində 4 ton qanunsuz tədarük olunmuş balıq aşkarlanıb. "Su polisi əməkdaşları gizli sexi yazda şəxsi evlərdən birinin həyətində aşkar ediblər. Balıq tədarükü ilə Azərbaycan vətəndaşı məşğul olub. Təhqiqat müddətində o ev dustağı olub. Məhkəmə müttəhimə 40 min təngə cərimə kəsib”, - deyə Daxili İşlər Departamentinin mətbuat katibi Gülnazirə Muxtarova məlumat verib.
Xatırladaq ki, gizli sexdə artıq göndərilməyə hazır olan 4 ton qurudulmuş balıqdan savayı, duzlanma və yuyulma üçün 250 litir tutumu olan qab və vannalar aşkar edilib.
Faktla bağlı cinayət işi açılıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL