Azərbaycanlı iş adamı Türkiyədə dünyasını dəyişdi

Azərbaycanlı iş adamı Türkiyədə dünyasını dəyişdi

Türkiyədə yaşayan tanınmış azərbaycanlı iş adamı Salih Aras dünyasını dəyişib.
Vətəninfo.az-ın ans press-ə istinadən məlumatına görə, uzun müddət müalicə olunan iş adamı Qars şəhərində yerləşən Qafqaz Universitetinin xəstəxanasına aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Salih Aras İqdır şəhərinin keçmiş bələdiyyə başçısı Nurettin Arasın böyük qardaşıdır. Gənc yaşlarından parlaq türk millətçisi olan Salih Aras 1990-cı illərdə Azərbaycanın istiqlal uğrunda apardığı mübarizəyə dəstək verib, Almaniyanın azərbaycanlı və türk icmasından Azərbaycana böyük maliyə dəstəyi təşkilində önəmli rol oynayıb.

Aras aiələsi 1918-ci il qırğınları zamanı Qərbi Azərbaycanın Qəmərli bölgəsindən İqdıra köçməyə məcbur olub. Salih Arasın oğlu Murad Aras atasının yaratdığı şirkətdə rəhbər vəzifədə çalışır.

Allah rəhmət eləsin.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az