İyunun 31-də axşam saatlarında Moskvanın Domodedovo aeroportunda həyacanlı anlar yaşanıb.
Vətəninfo.az-ın ANS
PRESS-ə istinadla məlumatına görə, qabaq şassisi açılmayan Embraer şərnişin
təyyarəsi qəzalı eniş edib. Xoşbəxtlikdən içində azərbaycanlıların da
olduğu təyyarədə xəsarət alan olmayıb. Ulyanovsk-Moskva reysini yerinə
yetirən təyyarənin içində 33 nəfər olub. Sərnişin və ekipaj üzvlərindən
heç kim xəsarət almayıb. Qəzalı enişdən sonra sərnişinlər həkim
nəzarətindən keçərək aerovoğzal kompleksinə aparılıb.

Təyyarənin qəzalı enişi
Pilotların
ustalığı sayəsində böyük faciənin qarşısı alınıb. Onlar təyyarəni
yalnız arxa şassi ilə yerə endirməyi bacarıb. Pilotlar nasazlıq barədə
qabaqcadan dispeçerlərə məlumat veriblər. Sərnişinlər arasında iki
azərbaycanlının olduğu və bunlardan birinin Qurbanova soyadlı olduğu
məlumdur.

Embraer
EMB 120 - kiçik turbovintli sərnişin təyyarəsidir. Embraer bortu otuz
sərnişinə qədər daşıya bilər. Bortun uzunluğu və qanadın imkanı təxminən
20 metr təşkil edir, maksimal surət - 550 km/saat. Tam dolu çənlə
təyyarə iki min kilometrə qədər uçmağa qaidrdir.

Embraer EMB 120 - kiçik turbovintli sərnişin təyyarəsi
Rusiyada
bu tip layner bir neçə aviaşirkət tərəfindən sərnişin daşınmaları üçün
fəal istifadə olunur. Amma indi Embraer yalnız yerli hava xətlərində
"Ruslayn" aviaşirkəti tərəfindən daha çox istifadə olunur. Model 1983-cü
ildən 2001-ci ilə qədər Braziliyada istehsal edilirdi. Bu vaxt ərzində
onlardan yalnız 350 ədəd düzəldilib. Bu modelin təyyarələri istehsal
olunandan bəri 20-dən çox qəza keçirib. Bu qəzalar zamanı 150 dən çox
insan həlak olub.