Tədbirdə qeyd olunub ki, son vaxtlar "Azercell”in ölkə KİV-ləri ilə əlaqələri zəifləyib. Həmçinin, "Azercell”in bəzi nömrələrə artıq borc yazması hallarının müşahidə olunduğu vurğulanıb, bu halın KİVDF-yə qarşı da baş verdiyi bildirilib. Belə ki, KİVDF-yə məxsus "Azercell” nömrələrinə iki ay 250 manat (ümumilikdə 500 manat) artıq borc yazılıb. "Azercell” rəhbərliyi isə bütün neqativ hallara son qoyulacağına söz verib.
Rəsmi hissədən sonra "Naxçıvan” restoranında redaktorlar üçün ziyafət təşkil olunub. Lakin restoranda baş verən yanğın hadisəsi ziyafətin başa çatmasına imkan verməyib.
Belə ki, restoranda baş verən qısaqapanma tüstülənmə ilə müşahidə olunub. Bu səbəbdən restoranda olan digər qonaqlarla yanaşı, "Azercell”in rəhbərliyi və jurnalistlər təxliyə edilib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yanğının böyüməsinin qarşısını alıblar.