"Azərsun Holding” son günlər ölkənin istehlak bazarında müşahidə olunan məhsulların qiymət artımına münasibət bildirib.
Holdinqin İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Afiq Səfərov açıqlamasında bildirib ki, "Azərsun”un bütün məhsullarının qiymətini 20-35 faiz arasında bahalaşdırması ilə bağlı mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, şirkət məhsullarında cəmi 3-5 faiz bahalaşma tətbiq edilib ki, bu da bütün məhsullara aid deyil.
A.Səfərov bildirib ki, dünyada müşahidə olunan iqtisadi böhran, Çində yuanın devalvasiyası bu prosesə təsir göstərib. O qeyd edib ki, iqtisadi böhranla bağlı holdinqin bəzi məhsullarının qiyməti yüksəlsə də, bəzilərinin qiymətində ucuzlaşma olub.
Qeyd edək ki, sosial şəbəkədə "Azərsun"un məhsulları orta hesabla 10% artırması barədə məlumat yayılıb.
Devalvasiyadan sonra dollar 34 faiz bahalaşdığından yerli istehsalçılar və idxalçılar çətin vəziyyətdə qalmışdılar. Hətta ötən 5 ayda iri ərzaq şirkətlərinin zərər ilə işlədiyi bildirilirdi. Yerli istehsalçılar bəzi xammalı və qablaşdırma məhsullarını xaricdən aldıqları üçün, dolların bahalaşmasının (34%-in) yarısı qədər - təxminən 17-20% bahalşama tələb edirdilər. İndiyə qədər İqtisadiyyat və Sənaye Nazirliyi qiymətlərin artırılmasına imkan vermirdi.
Modern.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL