Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı yolda sürüşmə təhlükəsinin olması qurumun işinə mənfi təsir göstərməyib.
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin növbə rəisi Məhəmməd Abdullayev deyib.
Onun sözlərinə görə, qurum adi qayda ilə işini davam etdirir və sərnişinlər üçün heç bir həyati təhlükə yoxdur: "Sürüşmə olan yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksinə aidiyyatı yoxdur. Ona görə də sərnişinlərimiz adi günlərdə olduğu kimi xidmətlərimizdən istifadə edirlər. Sözügedən yolda isə bir sıra bərkitmə işləri artıq həyata keçirilib”.
Qeyd edək ki, oktyabrın 7-də Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, Bakı istiqamətində gələn yolda sürüşmə baş verib. Sürüşmə nəticəsində yolda istinad divarı əyilib, avtovağzalın yola yaxın həyətində iri çatlar yaranıb.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL