"Bakı Kart”a pul yükləmək internet vasitəsi ilə də mümkün olacaq.
Vətəninfo.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Baku Bus" MMC-nin direktor müavini Vüsal Kərimli deyib.
Onun sözlərinə görə, hazırda "Bakı Kart”da bu istiqamətdə işlər aparılır.
V.Kərimli dayanacaqlarda "Bakı Kart” aparatlarının quraşdırılması məsələsinə də toxunaraq bunun mərhələli şəkildə həyata keçiriləcəyini qeyd edib: "Bütün metro stansiyalarında iki və ya üç ədəd aparat var. Əhalinin daha da rahatlığı üçün aparatlardan dayanacaqlarda da quraşdırılır. Avropada belə aparatlar üç dayanacaqdan birində və ya əsasən insanların toplandığı yerdə var. Biz isə düşünürük ki, tənzimləmə insanların kartdan istifadəsinə vərdiş etmələri ilə bağlı olmalıdır. İnsanlarda bir az sosial məsuliyyət olmalıdır. Düşünməlidirlər ki, ictimai nəqliyyatdan istifadə edirəmsə, kart almalıyam”.
Qeyd edək ki, bir müddət əvvəl yeni xəttə buraxılan "Baku Bus” müasir avtobuslarında artıq "Bakı Kart”ın təqdim etdiyi vahid kartdan istifadə olunmağa başlanılıb. Aparatların quraşdırılmasından sonra isə sözügedən kartdan bütün sərnişindaşımada tətbiq olunacağı gözlənilir.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL