Bakı Media Mərkəzi "Qərib məzarlar” şərti adlı layihə üzərində işləyir.
Vətəninfo.az-ın APA-ya istinadən verdiyi məlumata görə, layihə çərçivəsində Əlimərdan bəy Topçubaşovun başçılığı ilə 1919-cu ilin yanvarında Paris sülh konfransına göndərilmiş nümayəndə heyətinin taleyinə həsr olunmuş sənədli film hazırlanacaq: "Məlum olduğu kimi nümayəndə heyətinin gərgin və fədakar əməyi sayəsində 1920-ci ilin yanvarında Azərbaycan Respublikasının müstəqilliyi de-fakto tanınıb, lakin həmin ilin aprelində 11-ci Qızıl ordunun müdaxiləsindən sonra Azərbaycanda hakimiyyət bolşeviklərə təhvil verilib. Bundan sonra Azərbaycan nümayəndə heyətinin üzvləri ömürlərinin sonuna qədər vətənə dönə bilməyiblər. Lakin elə ömürlərinin sonuna qədər də Azərbaycanın müstəqilliyinin bərpası uğrunda mübarizə aparıb, bu yolda hər cür əzab-əziyyətə və məhrumiyyətə dözüblər”.
Paris, Moskva, Peterburq və Tbilisi arxivlərində saxlanılan sənədlər əsasında hazırlanan filmin məqsədi soydaşlarımızın Azərbaycanın müstəqilliyi naminə yerinə yetirdikləri tarixi missiyanın əhəmiyyətini göstərməkdir.
Bundan başqa layihə çərçivəsində nümayəndə heyətinin üzvləri, eləcə də bu və ya digər səbəblər üzündən Fransada mühacir həyatı yaşamağa məhkum olunmuş digər soydaşlarımız haqqında kitab-albom nəşr etmək də planlaşdırılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL