Bakının Maştağa qəsəbəsinin sakinləri polis əıməkdaşının vətəndaşların məhsullarını əlindən alaraq satdığı barədə şikayət ediblər.
Vətəninfo.az aznews.az-a istinadən xəbər verir ki, əlacsızlıqdan yol kənarında öz təsərrüfatlarında becərdikləri meyvə-tərəvəzlərini satarkən polislər onlara hücum çəkərək, mallarını müsadirə edirlər. Şikayət məktubunun maraqlı hissəsi, həmin məhsulların bir qədər kənarda elə polislər tərəfindən satışa çıxarılması barədə qeyd olunanlardır.

Bununla bağlı maraqlı görüntülər yayılıb. İddia olunur ki, polis əməkdaşı avtomobilinin yük yerinə qoyulan kisələrdən kartof və heyvanı paketlərə yığaraq, yaxınlıqdakı mağazaya və başqa şəxslərə satır.

Məsələyə aydınlıq gətirmək üçün Bakı şəhər Baş Polis İdarəsinə müraciət etdik. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə araşdırma aparılır. Rəisin sözlərinə görə, səslənən iddialar barədə hələlik heç bir sübut yoxdur.

“Düzü mən inanmıram ki, polis əməkdaşı belə şey etsin. Bu hələlik təsdiqini tapmayıb. Görüntülərdə bilinmir ki, polis məhsul satır, yaxud onlara baxır. Bəlkə polis əməkdaşı yoxlama aparır. Düşünürəm ki, bu həqiqətə uyğun olmayan informasiyadır”, - deyə Qalib Rəhimov bildirib.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR