Bakı-Tiflis-Ərzurum təbii qaz kəməri vasitəsilə mavi yanacağın nəqli bərpa edilib.
Bu barədə kəmərin Azərbaycandan keçən hissəsinin operatoru olan "BP-Azerbaijan” şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı bildirib.
T. Bayatlının sözlərinə görə, hasilat və ixrac əməliyyatları normal qaydada həyata keçirilir.
Xatırladaq ki, avqustun 25-də gecə saatlarında PKK terrorçuları Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində partlayış törədiblər.
Partlayış kəmərin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində törədilib. Qars valisi Günay Özdəmir mətbuata açıqlamasında partlayışın 20-dək PKK terrorçusunun hücumu nəticəsində törədildiyini bildirib.
Onun sözlərinə görə, kəmər vasitəsilə təbii qazın nəqli dayandırılıb. Hadisə yerində müşahidə olunan güclü alov qonşu Ərzurum vilayətinin bəzi yaşayış məntəqələrindən də aydın görünüb.
Qeyd edək ki, bundan əvvəl avqustun 4-də də Bakı-Tiflis-Ərzurum qaz kəmərində partlayış törədilib.
APA
Sahil Babayev rəqəmləri açıqladı: Azərbaycan büdcəsi neftdən asılılıqdan xilas olur
Razi Nurullayev: “Cərimələrin əsas məqsədi büdcəyə vəsait toplamaq deyil”
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Vətəndaşın adına qanunsuz şirkət açanlara qarşı tədbirlər sərtləşdirilməlidir
Azərbaycanda həmin gün evlənənlərin sayı rekord vurdu - AÇIQLAMA
Natiq Cəfərli: ““Parlamentdə müxalifətin adı var, özü yoxdur” fikrini bütün partiyalara şamil etmək doğru deyil”
“Hazırda məktəblərdə “TikTok”a çıxış bloklanıb” - Nazir müavini
Uşaqların 42 faizi gecə saat 2-yə qədər telefondadır - Komitə sədri
Deputat: “Radikallar Azərbaycandakı demokratiyaya irad bildirə bilirlərsə, deməli, Azərbaycanda demokratiya var”