Bu gecə saat 2 radələrində Bakının Sabunçu rayonunda kişi qızını amansızcasına öldürüb.
Hüquq-mühafizə orqanlarından anspress-ə verilən məlumata görə, hadisə Sabunçu dəmir yolu stansiyasında baş verib.
Belə ki, dəmir yolu stansiyası ərazisində ürək nahiyəsindən 3 bıçaq zərbəsi alan qadın meyiti tapılıb. Məlumat daxil olan kimi hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gediblər.
Araşdırmalar zamanı ölən şəxsin 1985-ci il təvəllüdlü Zərifə Cəlal qızı Qurbanov olduğu məlum olub. Araşdırmalar zamanı qadının doğma atası tərəfindən öldürüldüyü müəyyən edilib.
Hadisəni törədən Cəlal Qədir oğlu Qurbanov saxlanılıb.
İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. Bildirilir ki, ata qızını yüngül həyat tərzi keçirdiyi üçün öldürüb.
Qızının əməllərindən narazı olan ata onu öldürmək qərarına gəlib. Bu səbəbdən ata qızının ürəyinə 3 bıçaq zərbəsi vurub. Zərbələrdən biri qadının ürəyini parçalayıb.
Faktla bağlı rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR