Evin yeganə övladı, valideynlərinin göz-bəbəyi olan 2 yaşlı Həsən Abdulmüslümov bir gecənin içində səbəbi bilinməyən virusdan dünyasını dəyişib.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, bu barədə uşağın dayısı Rüfət Quliyev şikayətində bildirib. Onun sözlərinə görə, 2 yaşlı körpə heç bir xəstəlikdən əziyyət çəkmirmiş. O çox sağlam uşaq olub.
Həsən Abdulmüslümov dayısı ilə birlikdə dənizə çimməyə gedib. Evə qayıtdıqdan sonra uşağın halı pisləşib. Qızdırması qalxıb və qusmağa başlayıb. Əvvəlcə ona ilkin yardım göstərilsə də, uşağın halı getdikcə pisləşib.
"Onu 7 nömrəli Uşaq İnfeksion Xəstəxanasına aparıblar. Xəstəxananın həkimi Elçin Əliyarov uşağı müayinə edib və ona tibbi yardım göstərib. Bir müddətdən sonra uşağa müalicə üçün dərmanlar yazıb. Həkimə dedik ki, lazımdırsa, uşağı xəstəxanada saxlayaq. Dedi ki, ehtiyac yoxdur. Lazım olsa, mənimlə əlaqə saxlayın. Həsəni evə gətirdik. Həmin gecə halı qəflətən pisləşdi. Onu Qarayev adına uşaq xəstəxanasına apardıq. Oranın həkimləri əllərindən gələni etsələr də, artıq gec idi", - deyə Rüfət Quliyev bildirib.
Həkimlər deyiblər ki, uşağın bədənindəki virus artıq bütün orqanları bürüdüyündən onun həyatını xilas etmək mümkün olmayıb. Lakin bir az tez tədbir görülsəydi, 2 yaşlı Həsənin həyatını xilas etmək olardı. Yeganə övladlarının itkisinə dözə bilməyən valideynlər indi intihar həddindədirlər.
"Bacım Rəna Abdulmüslümova və həyat yoldaşı Zahir Abdulmüslümov şokdadırlar. Bacım az qalır özünü assın. Həkimlər sakitləşdiricilər verib, birtəhər sakitləşdirirlər", - deyə Rüfət Quliyev vurğulayıb.
Məsələni aydınlaşdırmaq üçün uşağı müayinə edən pediatr Elçin Əliyarovla əlaqə saxladıq. Həkim bildirdi ki, uşaq onun yanına gətiriləndə vəziyyəti çox ağır olub. Lakin ona lazımi köməklik göstərilib. Uşağın halı yaxşılaşıb və onu evə aparıblar. Həkim uşağın ölümündə heç bir günahı olmadığını bildirib. Həsən Abdulmüslümovun hansı virusa yoluxması haqda isə həkim heç bir versiya irəli sürə bilmədi.
"Həsən Abdulmüslümov məlum olmayan virusa yoluxub. Biz əlimizdən gələni etdik. Mənim heç bir günahım yoxdur", - deyə Elçin Əliyarov bildirib.
Əslində son günlər Bakı çimərliklərinə aparılan bir çox uşaq analoji
problemlərlə üzləşir. Bəzi valideynlər uşaqlarının dənizdən
gətirildikdən sonra halının pisləşdiyini deyir. Deyirlər ki, uşaqlarda
səpkilər müşahidə olunur. Qusma, işləmə və qızdırma ilə müşahidə olunan
hallar baş verir.
Lakin rəsmi qurumlar Bakı çimərliklərində belə bir virusun yayılmadığını
deyirlər. Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Sanitariya
xidmətinin rəhbəri Ziyəddin Kazımov açıqlamasında
bildirib ki, bu ilin may ayından başlayaraq bütün çimərlik ərazilərində
dəniz suyunun analizləri aparılır. Sahil və Qaradağ, o cümlədən Sumqayıt
ərazisindəki dəniz sahilini çıxmaq şərtilə digər ərazilərdə dəniz
suyunun tərkibindəki bakterioloji maddələr norma daxilindədir.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibib Yardım Stansiyasından isə bildirirlər ki, son günlər uşaqlar arasında çağırışla bağlı müraciətlərin sayında da elə kəskin artım yoxdur.
Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, ölkənin baş pediatrı Nəsib Quliyev də açıqlamasında vəziyyətin nəzarət altında olduğunu bildirib. Onun sözlərinə görə, bu diaqnozla xəstəxanaya müraciət edənlərin sayında artım müşahidə olunmur.
"İlk növbədə valideynlər diqqətli olmalıdırlar. Bacardıqları qədər uşaqları günün altında saxlamamalıdırlar. Onların qidasına fikir verməlidirlər. Körpələri dəniz suyundan kənar tutmalıdırlar. Çalışmaq lazımdır ki, uşaqlar dəniz suyu ilə çox təmasda olmasınlar", - deyə Nəsib Quliyev bildirib.
Səhiyyə Nazirliyindən də bildirdilər ki, hazırda qeyd edilən məsələ nəzarət altındadır və araşdırmalar aparılır.
Vətəninfo.az
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ