Xanlar küçəsi demək olar ki, tamamilə pilot layihəyə düşüb.
Axar.az xəbər verir ki, bu sözləri Qaynarinfo-ya açıqlamasında Səbail rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov deyib.
O, hələlik beşmərtəbəli binaların sökülüb-sökülməyəcəyi ilə bağlı dəqiq məlumatının olmadığını, lakin həmin ərazidən yerli şirkətlərin sakinlərlə danışıqlar apardığını bildirib: "Məktəb, bağça, oradan aşağıda keçmiş Psixiatriya Xəstəxanasının yeri plandadır. Hələlik beşmərtəbəli binalarla bağlı dəqiq bir söz deyə bilmərəm. Çünki məlumatım yoxdur. Onlarla əlaqədar yerli şirkətlər sakinlərlə danışıqlar aparır. Sakinlərin razılığı əldə olunsa, ola bilsin ki, həmin binalar da söküldü. Çünki Xanlar küçəsinin lap əvvəlində yerləşən üçmərtəbə və dördmərtəbə binaların hamısı tam şəkildə pilot layihəyə düşüblər və hər iki tərəfin razılığı əsasında məsələ həll olunub. Kimi kirayəyə köçüb, kimi də pulunu alıb çıxıb. Orada hazırda iş gedir. Üzü bu tərəfə isə dediyim kimi, danışıqlar gedir və danışıqların nəticəsindən sonra həmin binaların sökülüb-sökülməyəcəyi məlum olacaq. İşlər qaydasında getsə, oralar da söküləcək. Çünki Xanlar küçəsinin aşağısı, həmçinin Qurban Abbasov küçəsindəki tikililərdə iş gedir. Xanlar küçəsindən yuxarıda Əlibəyov küçəsində də sakinlərlə danışıqlar aparılır”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?