İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı Yalçın Muradov gömrük nəzarətindən keçərkən onun baqajı rentgen aparatı vasitəsilə yoxlanılmış və monitorda "beşbarmağ”a bənzər əşyaların təsvirləri görünüb.
Vətəninfo.az-ın məlumatına görə, Lent.az Gömrük Komitəsinə istinadən xəbər verir ki, təkrar yoxlama zamanı Y.Muradova məxsus çamadanın içərisindəki şəxsi əşyaların arasından 2 ədəd qara rəngli metaldan hazırlanmış "beşbarmaq” aşkar olunaraq götürülüb.
İlkin araşdırma zamanı Y.Muradov izahatında bildirib ki, baqajından aşkar olunan "beşbarmaq”ları Türkiyədən suvenir kimi alıb və qadağan olunduğunu bilmədiyinə görə Azərbaycana gətirib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən həmin əşyalar kustar üsulla "beşbarmaq” tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır və təyinatı üzrə istifadəyə yararlıdırlar.
Faktla bağlı təhqiqat aparılır.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL