Bakıya gələn təyyarədən aksiz markası olmayan mallar aşkarlanıb

Bakıya gələn təyyarədən aksiz markası olmayan mallar aşkarlanıb
 Rusiyadan Bakıya gələn təyyarədən sellofan paketlərdə Azər­baycan Respublikasının aksiz mar­kası olmayan 3 adda, 400 qutu xa­ricdə istehsal olunan siqaret aşkar olunaraq götürülüb.
Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib ki, Kazan-Bakı aviareysinin sərnişinlərini qarşılayan Azərbaycan vətəndaşı İsaq Fə­rə­cov onlardan sellofan paketlərdə olan malları qəbul edib və arabaya yığıb get­mək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı tərəfindən saxlanılaraq, mallara gömrük baxışı keçirilib.  
Malların yoxlanılması za­manı İ.Fərəco­vun qar­şıladığı sərnişinlərdən qəbul etdiyi sellofanlarda qanunsuz şəkildə Azərbaycana gətirilən siqaretlər aşkarlanaraq götürülüb.
İzahatında İ.Fərəcov Kazan-Bakı aviareysilə gələn qohumu Elnur Əhədovu qarşıla­maq üçün Hey­dər Əliyev Beynəlxalq Aero­portuna gəldiyini, orada ona gön­dərilən siqaretləri ayrı-ay­rı sərnişinlərdən qəbul etdi­yini və həmin siqa­retlə­rin bir hissəsi­nin şəxsi istifadə məqsə­dilə, qa­­lanla­rının isə hədiyyə olaraq nəzərdə tutulduğunu bil­dirib.  
Faktla bağlı təhqiqat apa­rılır.
Modern.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az