Bakı şəhərinin müxtəlif küçələrində gözdən əlillər üçün quraşdırılan səsli işıqforlar normal işləmir.
Bu barədə Azərbaycan Gözdən Əlillər Cəmiyyətindən məlumat veriblər.
Bildirilib ki, danışan işıqforlar görmə qüsurlu insanlara kömək etmək əvəzinə, problem yaradır.
Belə ki, səsli işıqforlar yaşıl işıqda "dur", qırmızı işıqda "keç" sözlərini səsləndirir. Bundan əlavə, həmin işıqforların səsi də həddən artıq anlaşılmazdır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin "Siqnal idarəsi"nin sahə rəisi Nəriman İsrafilov məsələ ilə bağlı açıqlamasında bildirib ki, səsli işıqforlarla bağlı problem doğrudan da yaşanır. Bununla bağlı idarəyə şikayətlər də daxil olub. Yaxın günlərdə yeni səsli işıqforlar ölkəyə gətirilərək əvvəlkiləri əvəzləyəcək. Yeni işıqforlar insan yaxınlaşdığı zaman danışacaq.
Qeyd edək ki, Azərbaycanda 420 min əlil var, onlardan 22,5 mini birinci qrup, o cümlədən 8,5 mini gözdən əlildir.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL