Vətəninfo.az xəbər verir ki, bu gün səhər saat 10:00-da Bakının Nəsimi rayonu ərazisində bank işçiləri ilə sürücü arasında insident olub. Nəsimi Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Süleyman Rüstəm küçəsilə Rəşid Behbudov küçəsinin kəsişməsində baş verib. Belə ki, həmin ərazidən keçən avtomobilin sürücüsü siqnal verib. Bu zaman həmin ərazidə yerləşən banklardan birinin işçisi sürücüyə iradını bildirib. Nəticədə dava düşüb. Davaya bankın digər işçiləri də qarışıb. Bir neçə işçi sürücünü döyüblər. Nəticədə 31 yaşlı Afiq Camalov ağır yaralanıb. Hadisə yerinə gələn həkimlər Afiq Camalova ilkin yardım göstəriblər və onu xəstəxanaya yerləşdiriblər. Afiq Camalova döş qəfəsinin əzilməsi diaqnozu qoyulub. Döyülən şəxs “Azəriqaz” İB-nin əməkdaşı olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR