Bazar ertəsi Yunanıstanda borclara görə yaranmış böhran səbəbi ilə üç həftə əvvəl bağlanmış bankların fəaliyyətinin bərpa ediləcəyi gözlənilir.
Rəsmi Afina ötən həftə beynəlxalq kreditorlarla borc əvəzinə islahatlar keçirilməsi şərtilə razılaşmaya gəlib. Bu isə Yunanıstanın avrozonanı tərk etməsinin qarşısını alıb.
Lakin Yunanıstanda bir neçə qadağa yerində qalıb, o cümlədən əlavə dəyər vergisi də artırılıb.
Həftələrlə banklardan pul çıxarmaq üçün növbəyə durmaq yunanlar üçün həyat tərzinə çevrilmişdi, lakin onlar hər gün yalnız 60 avro çıxara bilirdilər. Bu qadağa bankları iflasdan qorumaq üçün qoyulub.
Bazar ertəsindən isə bu qadağa həftəlik tətbiq ediləcək, yəni yunanlar həftə ərzində bankdan yalnız 420 avro çıxara biləcək və nəticədə hər gün növbədə durmayacaqlar.
Ötən həftə avrozonada günlərlə davam edən müzakirələrdən sonra Yunanıstanın 86 milyard avro borc verilməsi barədə razılıq əldə edilib.
Yunanıstan isə bunun əvəzinə bir sıra təqaüd və vergi kimi islahatlar həyata keçirməli, xərclərin azaldılmasına çalışmalıdır. Maliyyə böhranı keçirən Yunanıstanın dövlət borcu 320 milyard avrodur.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL