Sentyabrın 24 –dən etibarən Nizami Kino Mərkəzində ABŞ, Böyük Britaniya, İslandiyanın istehsalı olan "Everest" , "Stajçı" (ABŞ) və "Gecə qonağı" (Azərbaycan) filmlərinin nümayişinə başlayacaq.
Vətəninfo.az-ın məlumatına görə, Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, rejissor Baltasar Kormakurun real hadisələr əsasında çəkdiyi "Everest" filmi triller, dram və macara janrındadır.
Filmdə rolları Ceyson Klark, Coş Brolin, Con Houks, Robin Rayt, Emili Uotson, Kira Naytli, Sem Uortinqton, Ceyk Cillenxol, Tomas M. Rayt, Martin Henderson və başqa aktyorlar canlandırıblar.
Komediya janrında çəkilmiş "Stajçı" filminin ssenari müəllifi və rejissoru Nensi Mayersdir. Ekran əsərində rolları Enn Xeteuey, Robert De Niro, Rene Russo, Nat Vulf, Drena De Niro və başqaları ifa ediblər.
"Gecə qonağı" adlı yeni filmi isə azərbaycanlı rejissor Kənan MM çəkib. Ekran əsəri dram janrındadır. Filmin sonluğu tamaşaçı üçün gözlənilməz olacaq. Filmdəki obrazları aktyorlar Fərda Amin, Pərvin Abiyeva, Tural Əhməd, Kəmalə Piriyeva, Kənan MM və başqaları canlandırıblar.
Filmlər haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin facebook səhifəsindən öyrənmək olar.
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL