Vətəninfo.az xəbər verir ki, Kürdəmir rayonunda avtomobil qəzası baş verib, ölən və xəsarət alan var. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Kürdəmir şəhərinin Babək küçəsində qeydə alınıb. Rayon sakini, 1971-ci il təvəllüdlü Rzayev Baba Hüseynağa oğlu 10-BN-232 dövlət nömrə nişanlı, “QAZ 2410” markalı minik maşını ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və yolun kənarındakı səkidə hərəkət edən piyadanı - 1996-cı il təvəllüdlü Atayev Rəşadət Yaşar oğlunu vurub. “N” saylı hərbi hissəsinin əsgəri olan Rəşadət Əsgərov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib. Maşın isə ağaca çırpılıb və sürücü Baba Rzayev müxtəlif dərəcəli bədən xəsarəti ilə Kürdəmir Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Qeyd edək ki, mərhum əsgər Rəşadət Atayev 7 ay əvvəl hərbi xidmətə gedib. Bakı şəhərində hərbi xidmətdə olan əsgər Ramazan bayramı ilə əlaqədar yaşadığı rayona məzuniyyətə gəlibmiş. Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR