Vətəninfo.az xəbər verir ki, hadisə Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində olub. "Qafqazinfo" TTV-yə istinadən xəbər verir ki, Tovuzda ağır yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax yolunda Tovuz rayonunun Aşağı Quşçu kəndi ərazisində olub. “Kamaz” markalı yük maşını ilə “Mitsubishi” markalı avtomobilin toqquşması nəticəsində “Mitsubishi”nin sürücüsü, Tovuz rayon Əlimərdanlı kənd bələdiyəsinin sədri Abbas İbrahimov aldığı ağır xəsarətlərindən elə hadisə yerindəcə keçinib. “Kamaz”ın sürücüsü, Əlibəyli kənd sakini İlqar Gülməmmədov isə yüngül xəsarətlə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “Kamaz”ın sürücüsünün dediyinə görə, hadisə “Mitsubishi”nin onun yoluna çıxması nəticəsində baş verib. Qəzanın dəqiq səbəbləri hələ məlum deyil. Hadisə ilə bağlı Tovuz Rayon Polis İdarəsinin Yol Patrol Xidmətinin əməkdaşları araşdırma aparır.
Vətəninfo.az
Hakan Fidandan Bakıda MÜHÜM MESAJ: “Ən böyük maneə...”
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR