Almaniyanın Miqrasiya və Qaçqınların İşləri üzrə Federal İdarəsi təhlükəsiz hesab edilən Balkan dövlətlərinin Şengen zonasında qaçqın statusu almaq istəyən vətəndaşlarına daha sərt tələblərin tətbiq olunmasını istəyir.
Federal idarənin başçısı Manfred Şmidt "dpa” agentliyinə müsahibəsində bildirib ki, qaçqın statusu almaq barədə vəsatəti rədd edilmiş şəxslərin pasportlarına Şengen zonasına daxil olan bütün dövlətlərin ərazilərinə təkrar gəlməyi qadağan edən ştamp vurulmalıdır.
M.Şmidt hesab edir ki, təhlükəsiz ölkələrdən gəlib sığınacaq istəyənlər üçün sosial müavinətləri azaltmaq barədə düşünmək lazımdır. Onun fikrincə, bu, Şengen zonası ölkələrinin sosial sisteminin xidmətlərindən istifadə etmək məqsədi ilə bu ölkələrə axın edənlərin yolunda maneə olacaq.
AZƏRTAC
TƏBİB sədri ilə işləmək istəmədiyinə görə istefa verdi
Deputat: ““Manatlıq” taksilərlə bağlı qərarların nəticələri yenidən qiymətləndirilməlidir”
Qurtuluşdan Zəfərə uzanan şərəfli yol
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL